HÖKMDƏN DÜŞMƏK
HÖRMƏT GÖRMƏK
OBASTAN VİKİ
Rubikonu keçmək
E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi. Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir. "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.
Ölüm hökmü
Ölüm hökmü ya da edam — cəza növü kimi insanı həyatdan məhrum etmək. Həm hüquqi, həm cinayət aktı kimi ola bilər. Bir sıra ölkələrdə ölüm hökmü ən ağır cinayətlərə görə cəza növü kimi təyin olunmuş və hələ də qalmaqdadır. Bir sıra ölkələrdə isə o qanunla ləğv edilib. Ölüm hökmünün ən yayılmış növü güllələnmədir. Digər növləri zəhərli iynə vurulması, elektrik stulu, dar ağacı, baş kəsilməsi və daşqalaqdır. == Tarixi == Dünyada hazırda edam cəzaları öncədən planlaşdırılmış cinayətlər, casusluq, vətənə xəyanət, əxlaqsızlıq və s. cinayətlərə görə tətbiq edilir. İslam ölkələrində isə zina, uşaqbazlıq kimi cinayətlərə, həmçinin dinini dəyişənlərə ölüm hökmü kəsilir. İranda parlamentin 2007-ci ildə çıxardığı son qərarla pornoqrafik çəkilişlərlə məşğul olan şəxslər, internetdə erotik və pornoqrafik çəkilişlər yayımlayan şəxslər də edam edilir.
Qış vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Yay vaxtına keçmək
Yay vaxtı və ya qış vaxtı Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir.
Ermənistanda ölüm hökmü
Ermənistanda ölüm cəzası 1991-ci ildən tətbiq edilmir. == İcranın ləğvi == Ermənistanda sonuncu edam 30 avqust 1991-ci il tarixində baş vermişdir. Edam başın arxasından güllə ilə həyata keçirilmişdir, lakin edam edilənlər haqqında məlumat yoxdur. Ölüm cəzası 2003-cü ildə ləğv edilənə qədər adamöldürmə, dövlətə xəyanət və ağır hərbi cinayətlərə görə qanuni cəza hesab olunurdu. Ermənistan Milli Məclisində edam cəzasının ömürlük azadlıqdan məhrumetmə ilə əvəz edilməsini nəzərdə tutan yeni Cinayət Məcəlləsinin yeni layihəsini birdən üç oxunuşda qəbul edilmişdir. Buna baxmayaraq, bu, edamın ləğvi haqqında qanun qüvvəyə minənədək ağır cinayətlər törətmiş şəxslərə şamil edilməmişdir.
Musanın hökmü (Mikelancelo)
Musanın hökmü — Romada Vinkolidəki San Pietro kilsəsində yerləşən, 1513–1515-ci illərdə yaradılmış, İtaliyanın İntibah dövrü rəssamı Mikelancelonun heykəli. 1505-ci ildə Papa II Julius tərəfindən məzarüstü abidə kimi sifariş edilmişdir. == Yaranma tarixi == 1505-ci ildə papa II Yuli, Renessansın ən böyük sənətçisi hesab edilən Mikelancelonu (Michelangelo) o dövrə qədər bərabəri olmayan, möhtəşəm ölçü və görkəmdə, öz məzarı üzərində olmasını istədiyi bir heykəl yaratmağı tapşırır. Ancaq işin davamında məzarın da içərisində yerləşəcəyi planlanan San Pietro İn Vinroli bazilikası səbəbindən vəsait sıxıntısı yaşanmağa başlanır. Bundan sonra Romaya qayıdan Mikelancelo maddi məsələlərdə papa ilə anlaşılmazlıq yaşayır. 1513-cü ildə II Yulinin ölümü səbəbilə Mikelancelo məzar abidəsi işini düzəltmək üçün yenidən işə başlayır.Bir müddətlik fəaliyyətdən sonra məşhur “Musanın hökmü” əsəri Mikelancelo tərəfindən ərsəyə gətirilmiş olur. Heykəldə təsvir edilmiş şəxs Musa peyğəmbərdir. Abidə iki qismdən ibarət idi: Üst hissədə Məryəm, İsa və papanın heykəlləri yer almışdır. Alt hissədə isə İnsanüstü bir ölçüdə və oturmuş şəkildə təsvir edilən Musa heykəlinin sağı və solunda, ətraf dünya və daxili aləmə dönüşü təmsil edən, Yaqub peyğəmbərin arvadları olan iki bacı: Lea (Leah) və Raşelin (Rachel) heykəlləri də yer almışdır. == Musanın təsviri == Musa tanrının 10 qanunu xalqına çatdırmaq üçün Sina dağına çıxmış və orada 40 gün, 40 gecə keçirmişdir.
Məhəbbətin hökmü (film, 1998)
== Məzmun == Film küçə qadınının (Naibə Allahverdiyeva) həyatından bəhs edir. == Film haqqında == Film aktrisa Naibə Allahverdiyevanın sifarişi ilə çəkilmişdir. Film Azərbaycan kinosunda ata və oğlunun rejissor, ssenari müəllifi, aktyor və bədii rəhbər kimi birgə çəkdiyi ilk filmdir. Elnur Mehdiyevin diplom işi olan bu filmin çəkilişi çox az bir müddətə başa gəlmişdir və rejissorun kinoda ilk işidir. Ədəbi ssenarinin yazılışı zamanı 2 seriya üçün nəzərdə tutulsa da, sonda 1 seriya ilə kifayətlənilmişdir. Film türk yazıçısı Suat Dərvişin "Fosforlu Cevriyə" əsəri əsasında çəkilib. Əsərdə hadisələr İstanbulda cərəyan edir. Ancaq filmdə hadisələr qeyri-müəyyən bir yerdə baş verir.
Ölüm hökmü ilə Disneylend
"Ölüm hökmü ilə Disneylend" (ing. Disneyland with the Death Penalty) — amerikalı yazıçı Uilyam Gibsonun jurnalistikada ilk mükəmməl işi olan Sinqapur haqqında yazılmış məqalə. 1993-cü ilin sentyabr–oktyabr ayları üçün "Wired" jurnalında sayda bir məqalə şəklində nəşr edilmişdir. Məqalədə yazıçının Sinqapurun memarlığı, fenomenologiyası və mədəniyyəti ilə bağlı fikirləri təqdim olunur. Gibsonun Sinqapurda olduğu müddətdə müəllif təmiz, cansıxıcı və uyğun bir şəhərlə heyran qaldı. Məqalənin adı və onun əsas metaforası — "Ölüm cəzası ilə Disneylend" – müəllifin Sinqapurun avtoritar bir dövlət kimi görünməsinə istinad edir. Gibsonun sözlərinə görə, Sinqapurda yaradıcılıq və orijinallıq ruhu yoxdur, onun tarixində və qeyri-rəsmi mədəniyyətdə izlər yoxdur. O, hökuməti geniş yayılmış, korporativ və texnokrat, məhkəmə sistemini isə çevik və drakonik hesab etdi. Sinqapurluları dadsız istehlak cəmiyyəti olaraq xarakterizə etdi. Müşahidələrinə dram əlavə etmək üçün, onları məhkəmə iclaslarında yerli xəbərlərlə izah etdi və məqalənin əvvəlində və sonunda Cənub-Şərqi Asiyadakı müxtəlif hava limanlarının fərqli təsvirlərini təqdim etdi.
Ölüm hökmü-ömürlük cəza (film)
Ölüm hökmü-ömürlük cəza — Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sənədli filmdə Heydər Əliyevin 1998-ci il 10 fevral tarixli qərarı ilə Azərbaycanda ölüm hökmünü ləğv etməsindən bəhs edilir. Filmin təqdimat mərasimi dekabrın 10-u Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.
дома́хивать изба́ ишеми́ческий на взлёте не к но́чи будь ска́зано омле́т повздыха́ть преплохо́й пристре́ливаться пропотева́ть самовла́стник кни́зу ксерографи́ческий многоглаго́лание перекре́щивать сноби́стский Minsk ropewalk sodomitical tollgate достигать занавесить катапультирование паз примиренец